Satılır 3 otaqlı yeni tikili 126 m², 20 Yanvar m.
Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən yüksək keyfiyyətlə təmir olunmuş sahəsi 126 kv.m olan qanuni 3 otaqlı mənzil satışa təqdim olunur. Mənzil 16 mərtəbəli binanın 6-ci mərtəbəsində yerləşir.Mənzil şəhərin əlverişli nöqtəsində yerləşir. 2 nömrəli Tibb Kollecinə yaxın, həm “20 Yanvar”, həm də “İnşaatçılar” metro stansiyalarına 5-10 dəqiqəlik piyada məsafədədir. Binanın həyətində Bravo və Araz marketlər fəaliyyət göstərir. Ətrafda məktəb və uşaq bağçaları mövcuddur. Binanın altında Etalon Hospital yerləşir. Yaxınlıqda avtobus dayanacağı var.
Mənzilin üstünlükləri:
* Premium və zövqlə edilmiş təmir
* 2 ayrı sanuzel (isti döşəmə sistemi ilə)
* Kupça mövcuddur, ipotekaya yararlıdır
* Binanın altında qaraj
* 7/24 mühafizə xidməti
* Generatorlu lift (işıq kəsildikdə belə işləyir)
Daha əyraflı məlumat üçün bizimlə əlaqə saxlayın.




































